Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib

Siyasət

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq
əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.

Nazirlər Kabinetindən Trend
verilən məlumata görə, görüşdə Azərbaycanın Afrika dövlətləri, o
cümlədən Somali ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi
diqqətə çatdırılıb.

İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT, İslam
Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı
dəstəkdən məmnunluq ifadə olunub.

Görüş zamanı Azərbaycan ilə Somali arasında sərmayə qoyuluşu,
kənd təsərrüfatı, dövlət xidmətlərinin göstərilməsi, yaşıl enerji,
humanitar və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən
keçirilib.