
Bakı. Trend:
Kiyev və Moskva əgər buna hazır olduqlarını bildirərlərsə
danışıqları Bakıda keçirə bilərlər.
Trend xəbər verir
ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində
bildirib
“Əgər bizim dostlar və tərəfdaşlar Bakıda görüşmək istəsələr,
biz onları məmnuniyətlə qəbul edərik… Biz hamını dəvət edirik,
ancaq heç kimi məcbur edə bilmərik. Təşəbbüs gərək onlardan
gəlsin”, – deyə o bildirib.
Hikmət Hacıyevin sözlərinə görə, artıq Bakı bütün Xəzəryanı
regionun diplomatik paytaxtına çevrilib.
“Burada Türkiyə və İsrail arasında danışıqlar aparılıb. Suriya
və İsrail də Bakıda dialoq qurub. Keçmişdə burada Rusiya və ABŞ
arasında raketdən müdafiə sistemləri ilə bağlı strateji
müzakirələr, eləcə də Rusiya və NATO arasında danışıqlar keçirilib.
Son vaxtlar isə Bakıda bir sıra digər qapalı diplomatik tədbirlər
baş tutub”, – deyə o vurğulayıb.