USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb – Hikmət Hacıyev

Siyasət

Bakı. Trend:

Almaniya mətbuatı da daxil olmaqla Avropanın bir sıra əsas
kütləvi informasiya vasitələri Azərbaycan əleyhinə məqsədyönlü
təbliğat aparır. Tramp Administrasiyası aşkarlayıb ki, USAID
əvvəlki administrasiya ilə birlikdə xeyli gizli əməliyyatlar həyata
keçirib.

Trend xəbər
verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində
deyib.

Prezidentinin köməkçisi bildirib ki, USAID heç vaxt Cənubi
Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb.

“Onlar regiondakı bir sıra kütləvi informasiya vasitələrini
maliyyələşdirərək Azərbaycandakı hadisələri neqativ yöndən
işıqlandırmağı tapşırırdılar. İndi əksinə, Azərbaycanla bağlı daha
az neqativ məqalələr dərc edilir. Çünki artıq USAID-in keçmiş
rəhbəri Samanta Pauer kimi insanlar yoxdur”, – deyə Hikmət Hacıyev
fikrini tamamlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir