Binəli Yıldırım Bakı Forumunda Zəngəzur dəhlizindən DANIŞDI

Siyasət

“Hazırda kütləvi qırğın silahlarının istifadəsinin şahidi oluruq. Bu, qlobal problemlərdir, biz bunların aradan qaldırılması üçün əməkdaşlıqları genişləndirməliyik”.

Oxu.Az xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunda çıxış edərkən deyib.

O bildirib ki, regionda Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə layihələr həyata keçirilib.

“Bakı-Tbilisi-Qars layihəsi Çinə yükdaşımaların həyata keçirilməsi üçün vacibdir”, – deyə o əlavə edib.

B.Yıldırım Zəngəzur dəhlizindən də söz açıb: “Regionun altı ölkəsi (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistan) birgə əməkdaşlıqla gələcəyə töhfə verə bilər. Biz yeni layihələr də həyata keçirməyi planlaşdırırıq”.

B.Yıldırım Hindistanın yeni layihələrdə iştirakının da vacibliyini vurğulayıb.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir