Latviya Prezidenti Azərbaycana təşəkkür etdi

Siyasət

“Biz sosial şəbəkələrdən istifadədə ehtiyatlı olmalıyıq. Pandemiya dövründə biz elmə, peyvəndə inamsızlığı görürük”.

APA-nın məlumatına görə, bunu bu gün Latviya Prezidenti Eqils Levits Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində videomüraciətində bildirib.

Latviya Prezidenti Azərbaycana pandemiya ilə bağlı mübarizəyə, təşəbbüslərə dəstəyinə görə təşəkkür edib:

“Biz bir gün ya COVID-19-a qalib gələcəyik, ya da onunla yaşamağı öyrənəcəyik. İqlim dəyişikliyi ilə mübarizə COVID-19-la mübarizədən daha çətindir. Bakı Qlobal Forumu bu problemləri müzakirə etmək, onlarla mübarizə aparmaq üçün çox gözəl platformadır”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir