“Təbii ehtiyatların hasilatının ifrat həddə çatması qlobal iqlim dəyişikliyinə gətirib çıxarır”.
Oxu.Az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunda panel müzakirələri zamanı ISESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tuveycri deyib.
O təklif edib ki, dünyada günəş və külək enerjilərindən istifadəyə keçid sürətlənməlidir.
“Biz bərpa olunmayan enerji mənbələrinə söykənsək, o zaman onları tükədə bilərik. İnsanlar özü ətraf mühitin xilas edilməsində iştirak etməlidirlər”, – deyə o əlavə edib.
Onun fikrincə, texnologiyalar inkişaf etdikcə yeni modellər ortaya çıxacaq.
Aqşin Kərimov