“İqlim dəyişiklikləri bizim qapımızı döyür. Biz artıq digər enerji ehtiyatlarından da səmərəli istifadə etməliyik”.
Oxu.Az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta VIII Qlobal Bakı Forumunda panel müzakirələrində çıxışı zamanı deyib. O bildirib ki, enerjiyə olan ehtiyac təkcə bu gün yaranmır:
“Eyni zamanda gələcək üçün də düşünməliyik. Dayanaqlı inkişaf məqsədlərini izləməliyik. Ona nail olmaqla dayanaqlı müasir enerji mənbələrinə əlçatanlığı təmin edəcəyik”, – deyə o əlavə edib.
Robert Sekuta qeyd edib ki, dünyada 800 milyon əhali elektrik enerjisi ilə təmin olunmayıb:
“3 milyard insan isə çox yaxşı qida təhlükəsizliyinə çıxış əldə etməyib. Əlbəttə ki, insan nə qədər sağlam qida ilə təmin olunursa, bu, onun sağlamlığına müsbət təsir edir”.
Robert Sekuta yenilənən enerji mənbələrinin günbəgün artdığını diqqətə çatdırıb:
“Düşünürəm ki, gələcəkdə daha sərfəli olan hidrogen enerjisindən daha çox faydalanacağıq”.
Aqşin Kərimov