Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop ölkə parlamentində “Azərbaycanın Vətən Savaşında Zəfər Günü” adlı sərgidə iştirak edib.
Sərgidəki fotolara baxış keçirən M.Şəntop bu kadrların 30 illik işğal dövründə baş verən əzabların dili olduğunu vurğulayıb.
“Azərbaycanın qazandığı zəfərlə birlikdə Qafqazda daimi sülh və əməkdaşlığın qarşısına qoyulmuş böyük bir əngəl aradan qaldırıldı. Bu baxımdan Ermənistanın da konstruktiv mövqe nümayiş etdirməsi üçün fürsət yaranıb. Qafqazda ortaq sülh və rifahın təmin olunması üçün əvvəlcə 10 noyabrda imzalanan bəyanatın müddəalarına riayət olunaraq sülh sazişi imzalanmalıdır.
Ermənistanın nəzarətindəki 46 kilometrlik Qərbi Zəngəzur dəhlizi açılaraq ölkələr və qitələrarası ticarəti asanlaşdırmalıdır. Ermənistandan da bu mövzuda öz gələcəyini düşünərək cəsur, konstruktiv bir yanaşma nümayiş etdirməsini gözləyirik”, – deyə M.Şəntop bildirib.