“Mən çox şadam ki, artıq Qarabağda insanların ölməsindən danışmırıq. Artıq hamımız orada görülən quruculuq işlərindən söz açırıq”.
Oxu.Az xəbər verir ki, bu sözləri Moldovanın keçmiş baş naziri Çiril Qaburici Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O, Qarabağda görülən quruculuq işlərini çox böyük dəyərləndirdiyini diqqətə çatdırıb:
“Azərbaycan Prezidentinin bildirdiyi kimi, artıq orada evlər, məktəblər, uşaq bağçaları, mədəniyyət mərkəzləri tikilir, yeni infrastrukturlar yaradılır. Bu, çox vacibdir. Bu, bir daha sübut edir ki, Azərbaycan öz insanlarının yaxşı yaşaması üçün şərait yaratmağa qadirdir”.
Çiril Qaburici Azərbaycanın uğurlu vaksinləşmə prosesini apardığını da qeyd edib:
“Postpandemiyadan danışmaq hələ tezdir, çünki pandemiya hələ də davam edir. Azərbaycana gəldikdə isə ötən gün Prezident İlham Əliyev bildirdi ki, koronavirusla bağlı ölkədə vəziyyət yaxşıdır, çünki uğurlu vaksinləşmə prosesi gedir. Düşünürəm ki, Azərbaycan bu məsələdə bir çox ölkələrə nümunədir”.
Aqşin Kərimov