Azərbaycan səfiri: “Qafqaza uzunmüddətli sülh gələcək”

Siyasət

“Döyüş meydanında savaş bitib, masada başlayıb. Bu gün Zəngəzur dəhlizinin açılması qarşımızdadır”.

Bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Türkiyə parlamentində təşkil olunan “Azərbaycanın Vətən Savaşında Zəfər Günü” adlı sərgiyə qatılan səfirimiz Qafqaza davamlı sülhün gələcəyini bildirib:

“Türkiyə-Ermənistan münasibətlərinin qurulması da gündəmdədir. Bu da iki qardaşın – Azərbaycan və Türkiyənin paralel addımları nəticəsində inşallah zəfərimizlə bitəcəkdir. Qafqaza uzunmüddətli sülh gələcək”.

Mənbə: Milliyet.com

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir