Şahmar Mövsümov TƏBİB-in fəaliyyətindən DANIŞDI – VİDEO

Siyasət

“Narazılıq tək TƏBİB-dən deyil, vətəndaşlarla işlədikləri üçün eyni zamanda “Azərsu”dan, “Azərişıq”dan da ola bilər”.

Bunu Baku TV-yə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O, TƏBİB-in yaradılmasını uğurlu addım kimi qiymətləndirib:

“Pandemiya dövründə onun fəaliyyəti də yüksək qiymətləndirilir. Hazırda ölkədə pandemiya tam nəzarət altındadır. Bu fəaliyyəti də həyata keçirən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və TƏBİB olub. Onların işi də göz qabağındadır. Bu gün ölkədə COVID-19 xəstələrinin müalicəsində hər hansı bir problem yoxdur”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir