“Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin yaradılması üçün geniş üfüqlər açılır”.
Oxu.Az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunun panel müzakirələrində Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım deyib.
O bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdakı bəzi bölgələrdə yerləşdirilməsi Moskva qarşısında yeni məsuliyyətlər qoyur.
B.Yıldırım əlavə edib ki, Laçın dəhlizinin istifadəsində problemlər yaranır: “Biz bəzən Laçın dəhlizində hansısa təxribatların şahidi oluruq”, – deyə o əlavə edib.
Keçmiş baş nazir qeyd edib ki, Zəngəzur dəhlizi mütləq açılmalıdır. B.Yıldırım Türkiyənin proseslərdəki rolundan danışıb:
“Türkiyə bu regionu Mərkəzi Asiya və Avropa arasında yeni bağ qurulması kimi nəzərdən keçirir və bu istiqamətdə təşəbbüslər ortaya qoyur”, – deyə B.Yıldırım əlavə edib.
Aqşin Kərimov