Türkiyə Xarici İşlər Nazirliyi Zəfər Günü münasibəti ilə Azərbaycana təbrik ünvanlayıb.
“44 gündə öz torpaqlarında işğalı başa vuran Can Azərbaycanın Zəfər bayramı mübarək”, – deyə qurumun “Twitter” hesabında bildirilib.
İsmarışda Qarabağın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımız rəhmətlə yad olunub, qazilərimizə təşəkkür bildirilib.