
Bakı. Trend:
Cənubi Qafqazla bağlı mövqeyimiz dəyişməyib.
Trend xəbər verir
ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai
jurnalistlərə açıqlamasında deyib.
Bəqai Cənubi Qafqazdakı proseslər və İranın mövqeyində guya
dəyişiklik olması ilə bağlı yayılan məlumatlara da münasibət
bildirib:
“Bizim mövqeyimizdə heç bir dəyişiklik olmayıb. Ermənistan və
Azərbaycan arasında sülh və münaqişənin həlli ilə bağlı müqavilənin
imzalanmasını dəstəkləyirik və tərəfləri buna təşviq edirik.”
O bildirib ki, İran hər zaman nəqliyyat yollarının inkişafını
dəstəkləyib, lakin bu cür layihələr bölgənin geosiyasi xəritəsini
dəyişdirməməlidir.
Bundan başqa, İran XİN rəhbəri bölgəyə qeyri-regional aktorların
müdaxiləsini təhlükəli saydıqlarını və bu barədə konsensusun mövcud
olduğunu qeyd edib.