Azərbaycan və Özbəkistan arasında strateji müttəfiqlik məsələləri müzakirə edilib

Siyasət

Bakı. Trend:

28 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici
işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı
aparılıb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Özbəkistan
strateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələlər,
Özbəkistan Prezidentinin 2 iyul tarixində ölkəmizə həyata keçirdiyi
dövlət səfərinin nəticəsində ikitərəfli, o cümlədən çoxtərəfli
əməkdaşlıq istiqamətində əldə olunmuş razılıqların icrası planları,
habelə regional vəziyyət müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin iki ölkənin iştirakı ilə təşkil
olunan beynəlxalq tədbirlərə hazırlıq məsələləri nəzərdən
keçirilib.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.