Minskdə Nizami Gəncəviyə abidə qoyulacaq

Siyasət

Belarusun paytaxtı Minskdə görkəmli şair və mütəfəkkir Nizami Gəncəviyə abidə qoyulacaq.

Bu barədə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında məlumat verib. 

O bildirib ki, abidə Belarus və Azərbaycan xalqlarının dostluğu əlaməti olaraq qoyulacaq.