Azərbaycan və Çexiya arasında əməkdaşlıq məsələləri müzakirə edildi

Siyasət

Bakı. Trend:

28 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Çex Respublikasının xarici işlər
naziri Yan Lipavski arasında telefon danışığı aparılıb.

Trend xəbər
verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan ilə Çexiya
arasında siyasi, iqtisadi, enerji və digər istiqamətlər üzrə
əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə
olunub.

Azərbaycan ilə Çexiya arasında mövcud siyasi dialoqun və
məsləhətləşmə mexanizminin, eləcə də, qarşılıqlı səfər və
təmaslarının həm ikitərəfli, həm də çoxtərəfli platformalar
çərçivəsində əlaqələrimizin inkişafına töhfə verdiyi vurğulanıb.
Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişaf
səviyyəsindən məmnunluq ifadə olunub.

Telefon danışığı zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Spread the love