İran səfirliyindən Azərbaycan xalqına təbrik – FOTO

Siyasət

İranın Azərbaycandakı səfirliyi xalqımızı Zəfər Günü münasibətilə təbrik edib.

Bu barədə səfirliyin “Twitter” hesabında paylaşım edilib.

“İran səfirliyi dost, qardaş və qonşu Azərbaycan dövlətini və xalqını işğal olunmuş ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsinin, xüsusilə də İran-Azərbaycan müştərək sərhədlərinin 132 kilometrlik hissəsinin bərpa edilməsinin birinci ildönümü münasibətilə təbrik edir”, – deyə səfirlikdən bildirilib.