Pakistan parlamentində Azərbaycanın Zəfəri gurultulu alqışlarla təbrik edildi – VİDEO

Siyasət

Pakistan parlamentinin deputatı, sabiq spiker Sərdar Ayaz Sadiq qanunverici orqanın tribunasında çıxışı zamanı Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

“Parlament tarixində ilk dəfə olaraq bu gün Pakistan Milli Assambleyasında Azərbaycanın Zəfər Gününü qeyd edirik. Azərbaycanı təbrik edirik”, – deyə parlamentari bildirib.

Sərdar Ayaz Sadiqin Azərbaycan xalqına təbriki parlamentdə gurultulu alqışlarla müşayiət olunub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir