Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Siyasət

Türk Şurasının İstanbulda keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib  ki, Ceyhun Bayramov Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib və onun türk dövlətləri arasında təhsil, elm, mədəniyyət istiqamətində əməkdaşlıqda rolunu təqdir etdiyini bildirib. Türk Akademiyası ilə bağlı müvafiq çoxtərəfli sənədlərin imzalanması prosesinin başa çatmasından məmnunluq ifadə edən nazir, bundan sonra təşkilatın daha aktiv fəaliyyət göstərəcəyinə inandığını, bu istiqamətdə Azərbaycan tərəfinin hər cür dəstəyə hazır olduğunu ifadə edib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə təbriklərini çatdırıb və bu qələbənin bütün Türk dünyasının ortaq zəfəri olduğunu bildirib. O, eyni zamanda təşkilatın fəaliyyətinə göstərdiyi yüksək səviyyəli dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü çatdırıb, həyata keçirilməkdə olan və nəzərdə tutulan layihələr barədə məlumat verib.

Darxan Kıdırəli xarici işlər naziri Ceyhun Bayramova X əsrdə, Qaraxanlı dövləti dövründə ilk dəfə qədim Türk dilinə çevrilən və Türk Akademiyası tərəfindən çap olunan müqəddəs Qurani-Kərim kitabını təqdim edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir