Azərbaycan və Braziliya arasında əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib

Siyasət

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına
işgüzar səfəri çərçivəsində Cenevrə şəhərində Braziliya Federativ
Respublikası Deputatlar Palatasının sədri Huqo Motta ilə
görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında coğrafi uzaqlığa
baxmayaraq, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələrin
daha da genişləndirilməsi üçün imkanlar mövcuddur. 2023-cü ildə
ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu
ildönümünün tamam olduğu qeyd edilərək, vurğulanıb ki, ölkələrimiz
arasında mövcud olan yüksək səviyyəli əlaqələr fonunda
parlamentlərimiz arasında da yaxşı münasibətlər var.

Söhbət zamanı Parlament Sədrlərinin VI Dünya Konfransının
qanunverici orqanların ortaq maraqlarına dair fikir mübadiləsi
aparmaq baxımından yaxşı imkan olduğu qeyd edilərək, belə mühüm
beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın önəmi diqqətə
çatdırılıb.

Hər iki ölkənin parlament dostluq qrupları arasında sıx
təmasların mövcud olmasından məmnunluq ifadə olunaraq, qeyd edilib
ki, bu təmaslar parlamentlər arasında əməkdaşlığın genişlənməsinə
imkan verir. Keçirilən görüşlərin və siyasi dialoqun parlamentlər
arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət etdiyi
vurğulanıb. Müasir dünyada mövcud olan çağırışlara qarşı birgə
mübarizədə parlamentlərarası əməkdaşlığın vacibliyi bir daha qeyd
edilib.

Görüşdə COP30-un Braziliyada keçiriləcəyi xatırladılaraq, ötən
il Azərbaycanın COP29-a uğurla evsahibliyi etdiyi vurğulanıb. Qeyd
olunub ki, bu mühüm qlobal tədbir çərçivəsində ölkəmizə səfər etmiş
Braziliya nümayəndə heyətinin üzvləri Azərbaycan xalqının
qonaqpərvərliyindən, bu tədbirin ən yüksək səviyyədə təşkilindən
məmnunluqlarını bildiriblər.

COP29 çərçivəsində Milli Məclislə Parlamentlərarası İttifaqın
birgə təşkil etdiyi Parlament görüşünün uğurla baş tutduğu qeyd
edilərək, Braziliyada COP30 çərçivəsində keçiriləcək Parlament
konfransının təşkili ilə bağlı təcrübə mübadiləsi və əməkdaşlıq
imkanları barədə də danışılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da
fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir