Təbrizli millət vəkilindən Qarabağın işğaldan azad edilməsinin ildönümü münasibətilə təbrik mesajı – FOTO

Siyasət

Təbriz şəhərindən İran parlamentinə seçilmiş deputat Azərbaycanın Zəfər bayramını təbrik edib. 

Əhməd Əlirzabeygi şəxsi “Twitter” hesabında etdiyi paylaşımda Qarabağın işğaldan azad edilməsi və Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb. 

“Qarabağın azadlığının ildönümü və bu böyük bayram münasibətilə Azərbaycandakı bacı-qardaşlarımı təbrik edirəm”. 

Millət vəkili habelə yazıb:

“İran öz qonşuları arasında ən çox Azərbaycanla ortaq dəyərlərə sahibdir. Düşmənlər bu imkanı böhrana çevirməyə çalışırlar. Lakin iki ölkənin xalqlarının qarşılıqlı və ürəkdən gələn bağlılığı onları məyus edəcək”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir