Milli Məclisin sədri mədəniyyətlərarası dialoq mövzusunu Parlamentlərarası İttifaqın gələcək gündəliyinə və fəaliyyətinə daxil etməyi təklif edib

Siyasət

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə 2008-ci ildə başlanan “Bakı Prosesi”nin bir parçası olan
“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” BMT tərəfindən
mədəniyyətlərarası dialoqun əsas qlobal platformalarından biri kimi
tanınıb.

Trend xəbər verir ki, bu
fikri Milli Məclisin sədri Sahibə Qafarova iyulun 29-da İsveçrənin
Cenevrə şəhərində keçirilən Parlament Sədrlərinin VI Dünya
Konfransında çıxışı zamanı BMT-də islahatlar mövzusuna toxunaraq
bildirib.

Spiker Sahibə Qafarova qeyd edib ki, ötən il may ayında
keçirilən bu Forumun VI sessiyası çərçivəsində Azərbaycan
parlamenti tərəfindən Parlamentlərarası Konfrans təşkil edilmişdir
ki, bu da qeyd olunan sahədə aparılan müzakirələrin parlament
perspektivini təmin edib. Bunu nəzərə alaraq, Milli Məclisin sədri,
mədəniyyətlərarası dialoq mövzusunu Parlamentlərarası İttifaqın
gələcək gündəliyinə və fəaliyyətinə daxil etməyi təklif edib.

Spread the love