Pensiya fondunun mənfəətə çıxması üçün dövlət büdcəsindən əlavə olaraq bir milyard manat yüklənməlidir.
Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Nazir bildirib ki, bu, o zaman reallaşa bilər ki, dövlət həmin xərcləri üzərinə götürsün.
Sahil Babayev qeyd edib ki, hazırda pensiya fondunun mənfəətə çıxması prioritetlər sırasında deyil.