“Azərbaycanda 2035-ci ildə orta ömür uzunluğunun 78 yaşa çatacağını proqnozlaşdırırıq”.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, Azərbaycanda hazırda orta yaş 26-dır.
“Azərbaycanda 2045-ci ildə orta yaş həddinin 40-a çatacağı gözlənilir”, – deyə nazir əlavə edib.