Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşünün Bəyannaməsi yayımlanıb

Siyasət

İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşünün Bəyannaməsi yayımlanıb.

Sənəddə Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsi və Qarabağ torpaqlarının işğaldan azad edilməsi münasibətil təşkilata üzv dövlətlər, eləcə də qurumun Baş katibi adından təbrik edilib.

Həmçinin, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasına dəstək ifadə olunub. Üzv və müşahidəçi dövlətlərin işğal sonrası ərazilərin bərpası və inkişafına töhfə verməyə hazır olduqları bəyan edilib.

Bəyanatda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi alqışlanıb. 

Ölkəmizin Qoşulmama Hərakatına sədrliyi müddətində əldə edilən uğurlar da sənəddə öz əksini tapıb və bu istiqamətdə qazanılan nailiyyətlərin məmuniyyətlə qarşılandığı bildirilib.

Ölkəmiz Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyi münasiətilə də təbrik alıb. Azərbaycanın təşkilatın fəaliyyətinə verdiyi töhfə yüksək qiymətləndirilib.

Mənbə: “Haber Global”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir