Rusiya və fransalı nazirlər Ermənistan Azərbaycan münasibətlərini müzakirə ediblər

Siyasət

Fransanın xarici işlər naziri Jan-İv le Drian və müdafiə naziri Florens Parli rusiyalı həmkarları Sergey Lavrov və Sergey Şoyqu ilə danışıqlar aparıb.

Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, danışıqlar zamanı müzakirə mövzularından biri Azərbaycanla Ermənistan arasındakı münasibətlər olub.

Tərəflər Fransa və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh sazişinin əldə olunması üçün birgə səylərini müzakirə ediblər.

Görüşdə, həmçinin Ukrayna, Suriya və Əfqanıstandakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.

Mənbə: diplomatie.gouv.fr

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir