Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət edib.
Bu barədə nazir öz “Twitter” hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət etdik, məzarı üzərinə tər çiçəklər düzdük”.
.#Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət etdik, məzarı üzərinə tər çiçəklər düzdük. pic.twitter.com/1PT4ssezJu
— Jeyhun Bayramov (@bayramov_jeyhun) November 13, 2021