Oleq Barabanov: “Rusiya mediası ermənipərəstlərin birbaşa manipulyasiya obyektinə çevrilib”

Siyasət

Müharibənin bitməsinə baxmayaraq, informasiya qarşıdurması davam edir. Təəssüf ki, bu heç kimə sirr deyil, Rusiya mediası ermənipərəstlərin birbaşa manipulyasiya obyektinə çevrilib.

Bunu Oxu.Az-a açıqlamasında rusiyalı tarixçi və politoloq, professor, “Valday” Beynəlxalq Diskussiya Klubunun proqram direktoru Oleq Barabanov bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə haqqında doğru, konstruktiv məlumatların çatdırılması getdikcə çətinləşir:

“Bu, ekspertlər arasında müəyyən reaksiyaya səbəb olur. Çünki onların əksəriyyəti Rusiya mətbuatının sadəcə olaraq erməni baxışlarının təkrar yayımçısına çevrilməsini istəmir. Bu problem mövcuddur, onun həlli üçün hazır reseptlər isə yoxdur. Amma görünür, Azərbaycan tərəfi və biz, rusiyalı ekspertlər, o cümlədən diplomatlar və daha yüksək səviyyələrdə bu məsələni qaldırmalıyıq. Bu, Rusiyanın milli təhlükəsizliyinə real təhdiddir və Rusiyanın suverenliyinin məhdudlaşdırılmasıdır. Bizim qəzetlər və televiziyalar kənardan manipulyasiya edilirsə, məhz onlar əsl xarici agentlərdir.

Bir gün əvvəl Şuşaya səfər edərək, burada “Qafqaz regionunda sülhün möhkəmləndirilməsi problemləri” adlı beynəlxalq konfransda iştirak edən O.Barabanov işğaldan azad edilmiş torpaqların bərpası istiqamətində görülən işlərin miqyasını dəyərləndirib.

“Şuşaya gedən yolda yanından keçdiyim xarabalıqlar xüsusilə təsiredicidir. 30 ilə yaxındır ki, vaxtilə gül-çiçək açan diyar tənəzzülə uğrayıb. Ağlımdan belə bir fikir keçdi ki, bu ərazini mənim gördüyüm Çernobılla müqayisə etmək olar. Orada da qəzadan sonrakı dağıntıları və tərk edilmiş əraziləri görmüşəm. Əminəm ki, tezliklə bütün bu xarabalıqlar bu ərazinin yerli sakinlərinin yaşayacağı yeni evlərlə əvəz olunacaq.

Şuşanın və işğaldan azad edilmiş digər ərazilərin dünya miqyasında inkişafına dair Azərbaycan rəhbərliyinin planları çox tezliklə reallaşacaq. Şuşa isə həqiqətən da Azərbaycanın incisinə çevriləcək, ölkənin tam hüquqlu mədəniyyət paytaxtı olacaq. Əminəm ki, Şuşa şəhərini parlaq gələcək gözləyir”, – deyə ekspert qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir