Aleksey Sitnikov: “Qarşıda uzun və çətin danışıqlar prosesi var”

Siyasət

Əgər Qarabağda insanların xoşbəxtliyinə şərait yaratmaq mümkün olarsa, o zaman Azərbaycanın özünün ən mühüm vəzifəsini yerinə yetirdiyini demək olar.

Bunu Oxu.Az-a Rusiya nümayəndə heyətinin Qarabağa səfərindən sonra Sosial Texnologiyalar Akademiyasının təsisçisi, professor Aleksey Sitnikov deyib.

Şuşada keçirilən beynəlxalq konfransın iştirakçısı səfərdən təsirləndiyini gizlətməyib və Azərbaycanın düzgün yolda olduğuna inandığını bəyan edib.

“Azərbaycanın bu vəziyyətə işgüzar yanaşdığı göz qabağındadır. İnsanların milliyyətindən asılı olmayaraq bu ərazilərdə yaşaya bilməsi üçün mümkün hər şey edilir. Şuşaya səfər onu deməyə əsas verir ki, bütün məsələlər danışıqlar masası arxasında, cəmiyyətin maksimal iştirakı ilə, ekspertlərin, siyasətçilərin, təhlükəsizlik mütəxəssislərinin cəlb edilməsilə həll olunmalıdır. Məhz o zaman harmoniya olacaq, dialoq olacaq, evlər və talelər dağılmayacaq” , – deyə professor bildirib.

O, qarşıda uzun və çətin danışıqlar prosesinin olduğunu da qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir