Hulusi Akar: “Şuşa Bəyannaməsi bütün sahələrdə əməkdaşlığımızı əhatə edir”

Siyasət

“Türkiyə Silahlı Qüvvələri hazırda Azərbaycan ordusunun modernləşdirilməsini və təlim fəaliyyətlərini dəstəkləyir”.

Bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar açıqlayıb.

O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə birgə mina/kustar üsulla hazırlanmış partlayıcı axtarışı və məhvetmə fəaliyyətləri davam edir.

“Hazırda Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələlərini bir-birindən ayrı fikirləşməyin mümkün olmadığı mərhələdəyik.

Başda təhlükəsizlik olmaqla, hər sahədə əməkdaşlığımızı nəzərdə tutan “Şuşa Bəyannaməsi” bu istiqamətdə atılmış tarixi addımdır”, – deyə Akar qeyd edib.

Mənbə: TRT Haber

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir