
Bakı. Trend:
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və
qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam
etdirilir.
Trend xəbər verir
ki, iyul ayının 27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
“Şəki” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının
sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya
Federasiyası istiqamətində 3 (üç) nəfər Əlcəzair Xalq Demokratik
Respublikası vətəndaşı (1997-ci il təvəllüdlü Mesimi Rami Süleyman,
2004-cü il təvəllüdlü Moussaouı Tadjedin Həsən, 2003-cü il
təvəllüdlü Kateb Djoudı Abdulxani), “Qazax” əlahiddə sərhəd
diviziyasının xidməti ərazisində Gürcüstan istiqamətində isə 1
(bir) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı
(Udula İmanthalanka) dövlət sərhədini pozmağa cəhd göstərərkən
saxlanılmışdır.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.