Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyi Azərbaycanla sərhəddə vəziyyətin kəskinləşməsilə bağlı yardım üçün Ermənistandan rəsmi müraciət almayıb.
Bunu təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bəyan edib.
O bildirib ki, KTMT vəziyyəti diqqətlə izləyir və hesab edir ki, münaqişə yalnız dinc siyasi-diplomatik yollarla həll olunmalıdır.
Mənbə: “Ria Novosti”