Mehriban Əliyeva şəhid hərbi qulluqçuların yaxınlarına başsağlığı verdi – FOTO

Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 16-da Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində baş vermiş silahlı qarşıdurmada şəhid olmuş hərbi qulluqçularımızın yaxınlarına başsağlığı verib. 

Mehriban Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin. Yaralıların tezliklə sağalmasını diləyirəm. Uca Tanrı Vətənimizi qorusun!”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir