“2021-2025-ci illər üçün ölkəmizlə birlikdə UNESKO-nun İcraiyyə Şurasına üzv seçilən can Azərbaycanı səmimi qəlbdən təbrik edirik”.
Bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran özünün “Twitter” səhifəsində yazıb.
O, Türkiyə-Azərbaycan qardaşlığının UNESKO-nun təhsil, elm və mədəniyyət sahələrində qlobal işinə töhfə vermək üçün əla fürsət olacağını da qeyd edib.
Xatırladaq ki, UNESKO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində 2021-2025-ci illər üzrə təşkilatın İcraiyyə Şurasının üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış üç vakant yerlərdən birinə Azərbaycanın namizədliyi irəli sürülüb.
Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səs toplayaraq Şuraya üzv seçilib.
2021-2025 dönemi için ülkemizle birlikte #UNESCO Yürütme Kurulu üyeliğine seçilen #CanAzerbaycan‘ı gönülden tebrik ediyoruz.
Türkiye ve Azerbaycan kardeşliği, UNESCO’nun eğitim,bilim ve kültür alanlarındaki küresel çalışmalarına katkı sunmak adına büyük fırsat teşkil edecek.???? pic.twitter.com/KDT6T7P80D
— Yavuz Selim KIRAN (@yavuzselimkiran) November 17, 2021