Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bu ölkənin Avropa qonşuluğu və Amerika regionu üzrə dövlət naziri Vendi Mortonla görüşüb.
Bu barədə o, özünün “Twitter” hesabında yazıb.
Tərəflər Azərbaycan və Britaniya arasındakı münasibətləri daha da inkişaf etdirmək imkanlarını və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.