Bakıda ermənilər üçün xüsusi hədiyyə bağlayan general mürdəşir Muradov

Siyasət

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi komandanının müavini general-leytenant Rüstəm Muradov bir ildən artıq müddətdir ki, hər birimizə “yaxşı” tanışdır.

General Muradovun “möhtəşəm” fəaliyyətini ilk dəfə Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı olduğu dövrdə müşahidə etmişik.

Sülhməramlıların yarıtmaz fəaliyyəti, qısa müddətdə səbəb olduqları qalmaqalları və baş rolda olduqları bir çox rüsvayçılığı nəzərə alsaq, generalın fəaliyyətinin də hansı dərəcədə “parlaq” olduğunu xatırlatmağa ehtiyac qalmır.

Ancaq görünür Rüstəm Muradov sülhməramlı komandanı kimi fəaliyyətdə olduğu dövrdə İrəvanda özünə çoxlu dostlar qazanıb. Ona görə də, ötən gün Bakıya “ali missiya” arxasınca gəlib.

O, noyabrın 16-da Azərbaycan Ermənistan sərhədində baş verən toqquşmalar zamanı məhv edilən erməni hərbçinin cəsədini Bakıdan İrəvana qədər müşayiət etməyi öz öhdəsinə götürüb.

Yəqin ki, general Muradov öz peşəsinə bağlı olmadığı qədər dostlarına bağlıdır. Ola bilsin İrəvanda qazandığı dostlardan kimlərəsə söz verib ki, meyitinizi özüm şəxsən gətirəcəyəm. Yol boyu başının üzərində duracağam, lap lazım gəlsə, mürdəşirliyini də öz öhdəmə götürəcəyəm. Burada da general erməni xalqına kiçik bir jest edib desək, yanılmarıq.

Axı ordumuzun məhv etdiyi həmin o erməninin həyatı boyu qazandığı çirkabı təmizləmək üçün İrəvanda su tapılmaya bilərdi. Elə mürdəşir general da bu amili nəzərə alıb, öz işindən möhkəm yapışıb. Ola bilsin elə erməni hərbçini lap təyyarədə yuyub-“paklayıb” ki, İrəvanda dostlarının yanında üzü ağ olsun.

Hər halda artıq təəccüblənməkdən keçib. General – Mürdəşir Muradov damğasını da özünə yapışdırdısa, artıq əlavə sözə ehtiyac qalmır.

Hərçənd ermənilər onun Bakıya gəlişinin arxasında başqa bir məqamın da dayandığını iddia edirdilər. Guya generalın tərzi Bakı ilə sərhəddəki hadisələrə görə sərt danışmağa imkan verirdi. Məhz bu səbəbdən də o Bakıya yollanacaqdı. Ancaq aydın məsələdir ki, heç kim bizimlə diqtə dilində danışa, sərt mesaj vermək üçün paytaxtımıza gələ bilməz. Bunu iddia etmək ancaq erməni riyakarlığına xas bir təxəyyül dünyasının məhsulu ola bilərdi. Bunu elə Rüstəm Muradov özü də yaxşı bilirdi.

Odur ki, elə gəlmişkən ermənilərə də bir jest etmək fikrinə düşdü. Erməni hərbçinin cəsədini vurub qoltuğuna, suyun altında yaxşıca yaxalayıb, paketləyib, İrəvana hədiyyə kimi apardı… Ermənilər üçün apardığı bağlamanı özü öz əlləri ilə hazırladı…

Orxan Tağıyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir