Baş nazirdən yeni QƏRAR

Siyasət

Nazirlər Kabineti Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibini təsdiq edib.

Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

“Statistika haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 fevral tarixli 360 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq, Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının səlahiyyət müddətinin bitdiyini nəzərə alaraq, onun yeni tərkibi müəyyən edilib:

Şuranın sədri:

Budaqov Tahir Yaqub oğlu – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Şuranın üzvləri:

İsmayılov Rafiq Səlim oğlu – Azərbaycan Respublikası MaliyyəNazirliyinin Aparatının Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini

Həsənli Anar Tarif oğlu – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsi müdirinin müavini

Rəhimli Elşən Moqif oğlu – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsi rəisinin müavini

Əhmədov Əzizağa Nəriman oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin Gömrük Statistikası İdarəsinin rəisi

Nəsirov Samir Şahmur oğlu – Azərbaycan Respublikası Mərkəzi Bankının Statistika departamentinin direktoru

Tağıyev Çingiz Həsən oğlu – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi şöbəsinin müdiri

Hümbətov Fuad Dursun oğlu – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyasının Baş katibinin müavini

İsaxanlı Hamlet Abdulla oğlu – “Xəzər” Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri

Yaqubov Sakit Məmədi oğlu – Azərbaycan Dövlət İqtisad Universitetinin Elm üzrə prorektoru

Muradov Allahyar Niyaz oğlu – Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini

İsmayılov Dağbəyi Mirzəxan oğlu – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini

Qaraşov Fərhad Arif oğlu – “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri

Quliyev Aydın Alqulu oğlu – “Bakı-Xəbər” qəzetinin baş redaktoru

İbrahimov Zaur İbrahim oğlu – Azərbaycan Respublikasının QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü

Şuranın katibi:

Əhmədli Hikmət Bakir oğlu – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir