Səfir: “ABŞ şirkətləri azad olunmuş torpaqlarda bərpa işlərində iştirak edə bilər”

Siyasət

“Ağdam şəhərində infrastrukturun bərpa işlərində artıq ABŞ-dan üç şirkət iştirak edir”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger bildirib.

Onun dediyinə görə, ABŞ şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki bərpa işlərində iştirak etməyə hazırdır.

“Xüsusilə də azad olunmuş ərazilərdə layihələrdə iştirak etmək və s. ilə bağlı açıq tenderlərdə ABŞ şirkətləri üçün daha geniş imkanların yaradılmasını istərdim. ABŞ regionun inkişafında maraqlıdır. Bunun üçün imkanlar var”, – deyə diplomat qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir