Ermənistan XİN: “İlham Əliyev – Paşinyan görüşünün fərqli format və müddətləri müzakirə olunur”

Siyasət

Ermənistan hökuməti ölkənin baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçiriləcək görüşün fərqli format və müddətlərdə təşkili variantlarını müzakirə edir.

Bunu TASS-a açıqlamasında Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bəyan edib.

O, bu məsələyə dair konkret razılaşmanın əldə olunacağı təqdirdə əvvəlcədən ictimaiyyətə xəbər veriləcəyini bildirib.

Qeyd edək ki, bir müddət öncə qurum Paşinyanın dekabrın 15-də “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Brüsseldə Azərbaycan dövlət başçısı ilə görüşməyə hazır olduğunu açıqlamışdı.

Mənbə: TASS

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir