
Bakı. Trend:
Azərbaycana və onun əzəli torpağı olan Qarabağa heç bir
aidiyyəti olmayan erməni əsilli rəssam Hovanes Ayvazyanın (İvan
Ayvazovski) 2021-ci ildə Xankəndi şəhərində qanunsuz quraşdırılımış
büstünün qanuni şəkildə demontaj edilməsi Rusiya Dövlət Dumasının
bir sıra deputatlarını yenə anti-Azərbaycan bəyanatlar
səsləndirməyə, necə deyərlər, “vadar” edib.
Baş verən hadisənin “çaşqınlıq” yaratdığı şəxslərdən biri də
Dumanın Əmək, sosial siyasət və veteranların işləri üzrə
komitəsinin sədri Yaroslav Nilovdur. O, müsahibəsində nədənsə
abidənin götürülməsini siyasiləşdirərək Rusiya-Azərbaycan
ikitərəfli münasibətlərində olan müəyyən fikir ayrılıqlarına
bağlayır və məsələni keçmiş SSRİ ölkələrinin bəzilərində abidələrə
qarşı mübarizə kimi qələmə verərək, “qalib oldularmı?” şəklində
ritorik sual verir.
Deputat Nilova və onun kimi düşünənlərə xatırlatmaq istəyirəm
ki, Azərbaycan Respublikasının suveren ərazisində, istər Qarabağ və
ya ölkəmizin digər bölgəsində kiməsə abidənin qoyulub-qoyulmaması
qərarını yalnız Azərbaycan dövləti və xalqı verə bilər.
Bu yanaşma bölgəyə heç bir aidiyyəti olmayan və ya ora heç vaxt
səfər belə etməmiş, XIX əsr rus rəssamı kimi təqdim edilən Hovanes
Ayvazyanın abidəsi üçün də istisna deyil.
Ramid Namazov,
Milli Məclisin deputatı