İrəvan Türkiyə ilə münasibətlərin normallaşdırılmasında vasitəçilik üçün Kremlə müraciət etdi

Siyasət

“İrəvan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində vasitəçilik üçün Moskvaya müraciət edib”.

Bu sözləri Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib.

Onun sözlərinə görə, Ermənistanın bir sıra tərəfdaşları, o cümlədən Rusiya bu məsələdə vasitəçilik üçün hazır olduqlarını bildiriblər. Ermənistan isə Kremlə müraciət edib.

“Biz Rusiyanı məlumatlandırdıq ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə başlamağa hazırıq”, – deyə o qeyd edib.

Mənbə: Azatutyun radiosu

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir