Paşinyan çox çalışsa da İrəvanda Rusiya baş nazirinin qəbuluna düşə bilmədi

Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyan və baş nazir aparatı Rusiya Baş naziri Mixail Mişustinin qəbuluna düşmək üçün dəridən qabıqdan çıxsa da, sonda uğursuzluğa düçar olub.

Belə ki, Rusiya baş naziri Avrasiya hökumətlərarası komissiyasının iclasında iştirak etmək üçün 18-20 noyabr tarixlərində İrəvanda səfərdə olub. Bu zaman erməni lider və aparatı Mixail Mişustinlə görüşmək üçün çox çalışıb. Lakin Rusiya tərəfi onlara məhəl qoymayıb.

Rusiya tərəfinin erməni baş nazirinin tələbini görməzdən gəlməsinə səbəb isə noyabrın 16-da Ermənistan parlamentinin iclasında baş verənlər olub.

Belə ki, Rusiya tərəfi həmin gün parlamentdəki hakim “Vətəndaş sazişi” fraksiyası nümayəndələrinin Rusiya əleyhinə çıxışların arxasında Nikol Paşinyanın göstərişinin dayandığına əmin olub. Odur ki, ikiüzlü siyasət yürüdən erməni liderinə bununla İrəvanda növbəti dəfə dərs verilib.

Mənbə: Past

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir