Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gəlib (FOTO)

Siyasət

Bakı. Trend:

Avqustun 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı
ilə Azərbaycan parlament nümayəndə heyəti BMT-nin Dənizə çıxışı
olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı
çərçivəsində keçiriləcək Parlamentlərarası Forumda iştirak etmək
üçün Türkmənistana işgüzar səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, Türkmənbaşı beynəlxalq hava limanında Milli Məclisin
sədrini Türkmənistan Məclisinin Təhsil, elm, mədəniyyət və gənclər
siyasəti məsələləri üzrə komitə sədri Bayramgözəl Muradova,
Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və digər rəsmi
şəxslər qarşılayıblar.

Türkmənistanın Avaza şəhərində keçiriləcək Parlamentlərarası
Forumun birinci sessiyasına spiker Sahibə Qafarova sədrlik edəcək.
Səfər çərçivəsində Milli Məclisin sədrinin Forumda çıxışı və bir
sıra görüşləri nəzərdə tutulur .

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir