Azərbaycanda “Dövlət rüsumu haqqında” qanun dəyişdi

Siyasət

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Dəyişikliyə əsasən, “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir