Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu helikopter qəzasında şəhid olan həmvətənlərimizlə Azərbaycan xalqına başsağlığı verib.
Bu barədə o, “Twitter” hesabında yazıb:
“Bu gün baş vermiş hərbi helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Qəhrəman Azərbaycan Silahlı Qüvvələrinə və Can Azərbaycan hökumətinə və xalqına başsağlığı verirəm”.
Bugün yaşanan elim askeri helikopter kazasında şehit olan Azerbaycanlı kardeşlerimize Allah’tan rahmet, yaralılara acil şifalar diliyorum. Kahraman #Azerbaycan silahlı kuvvetleri ile Can Azerbaycan hükümetinin ve halkının başı sağolsun.???? #TekMilletİkiDevlet
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) November 30, 2021
Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.