Türkiyənin Milliyyətçi Xalq Hərəkatı partiyasının sədri Dövlət Baxçalı helikopter faciəsilə əlaqədar Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə başsağlığı verib.
“Dost və qardaş ölkə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin Qaraheybətdə qəzaya uğraması nəticəsində 14 Azərbaycan əsgərimiz şəhid olub, 2 əsgərimiz isə yaralanıb. Dərdimiz ortaqdır, kədərimiz böyükdür.
Sözügedən helikopter qəzasında şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Şəhidlərimizin ailələrinə, cənab Prezidentə, cənab Baş Qərargah rəisinə və bütün Azərbaycan xalqına başsağlığı verirəm”, – Baxçalı özünün “Twitter” səhifəsində yazıb.
Dost ve kardeş ülke Azerbaycan Cumhuriyeti’nin Devlet Sınır Hizmetleri’ne ait bir helikopterin Karaheybetli’de kaza kırıma maruz kalması sonucunda 14 Azerbaycan askerimiz şehit düşmüş, 2 askerimiz de yaralanmıştır. Acımız ortak, üzüntümüz büyüktür.
— Devlet Bahçeli (@dbdevletbahceli) November 30, 2021
Söz konusu elim helikopter kazasında şehit olan askerlerimize Cenab-ı Allah’tan rahmet, yaralananlara da şifalar niyaz ediyorum. Aziz şehitlerimizin ailelerine, Sayın Cumhurbaşkanı’na, Sayın Genelkurmay Başkanı’na ve tüm Azerbaycan halkına başsağlığı dileklerimi iletiyorum.
— Devlet Bahçeli (@dbdevletbahceli) November 30, 2021