Ceyhun Bayramov ATƏT-in xarici işlər nazirlərinin iclasında iştirak edəcək

Siyasət

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Stokholma yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir