Milli Məclisin sədri Türkmənistanda BMT Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda sessiyaya sədrlik edib

Siyasət

Bakı. Trend:

Avqustun 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə
çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı
çərçivəsində keçirilən Parlamentlərarası Forum öz işinə
başlayıb.

Trend xəbər
verir ki, tədbirdə ölkəmizi təmsil edən Milli Məclisin sədri Sahibə
Qafarova Forumun “Vyanadan Avazaya: Həll olunmamış çağırışlar,
öyrənilmiş dərslər və irəliyə doğru yol” mövzusunda keçirilən
birinci sessiyasına sədrlik edib.

Sessiyada iştirakçı dövlətlərin təmsilçiləri çıxış edərək,
müzakirə olunan mövzu üzrə fikirlərini ifadə ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova müzakirələrin səmərəli
keçdiyini söyləyərək, bu cür platformaların təcrübə və yeni
ideyaların mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib.

O, sessiyanın yekun sənədinin ümumi məqsədlərimizin əldə
olunmasına əhəmiyyətli dəstək və Avaza Fəaliyyət Proqramının həyata
keçirilməsinə töhfə olacağını söyləyib.