Yunanıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos Dövlət Sərhəd Xidmətinin qəzaya uğrayan hərbi helikopterində həlak olanlarla bağlı Azərbaycan tərəfinə başsağlığı verib.
Diplomat çox sayda insan həyatına son qoymuş helikopter qəzasının bütün qurbanlarının yanlarında olduqlarını bildirib.
“Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik”, – deyə səfirliyin “Twitter” hesabında edilən paylaşımda vurğulanıb.
Our thoughts are with everyone
affected by the #Azerbaijan State #Border Service helicopter accident in #Khizi, that cost so many lives. Heartfelt condolences to the victims’s families and our wishes for the swift recovery to the injured— Nikos Piperigos (@NikosPiperigos) December 1, 2021